Qıfılbənd (Aşıq Alı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qıfılbənd
Müəllif: Aşıq Alı
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.365 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman)

Bizdәn salam olsun arif olana,
Haqdan kimə üç şey yetişdi barat?
Kimlәr idi gәldi onun yanına
İkisi şad oldu, birisi qarat?

O kim idi hardan-hara atdılar?
O nə idi - nədən nəyə qatdılar?
O kim idi əhdi-nikah etdilər?
Hansı xöşbəxt oldu, hansı xəcalət?

O necə gözəldi on dörd bənnalı?
Səksən min bədəni, doxsan xəyalı?
Kimiylə danışır o, xoş mənalı,
Kiminə eyləyir o xoş iltifat?

Yüz on dörd nədi ki, gəlir bəyana?
Təp-təzə olmasa, çıxmaz bir yana.
Səcdə qılsan, şükr eləsən Sübhana
Tapar nicatını həlli-müşkülat.

Aşıq Alı demәz әfsanə sözü,
Haqq nәdәn yaratdı qızıl öküzü?
Neçә min ayağı, neçә min gözü?
Neçә min tükü var gәtir bir xәyyat.