Qıj-qıj
Qıj-qıj Müəllif: Hüseyn Şəmkirli |
Mənbə: "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022. |
Qış çiləsi Xıdır İlyas gələndə,
Hərlənir gərdişi, ay elər qıj-qıj.
Qar selə dönəndə, yaz açılanda,
Şaqqıllar leysanı, ay eylər qıj-qıj.
Sədağınan qayıdırlar xəyatı,
Köhlən deyil, hayla getsin xay atı.
Ağlıgərlər qayıdılar xəyatı,
Çərxinən hərlənir, ay eylər qıj-qıj.
Əğyarına acıqlandı: nəsən ki?!
Artdı eşqi, hər yanadı nəsəngi.
Səng altında qayırdılar nə səngi,
Ayaqda şəcarən, ay eylər qıj-qıj.
Hicran oldu aşiqlərin əğyarı,
Yar saçında qara yarı, ağ yarı.
Qarşı gəlsə Aşıq Söynün ağ yarı,
Xəyalı sellənər, ay eylər qıj-qıj!