Qılıncın altındayam, istərəm bir baxasan
Qılıncın altındayam, istərəm bir baxasan Müəllif: Aşüftə Kəlbəhüseynbəy |
Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010. |
1
Qılıncın altındayam, istərəm bir baxasan,
Qorxuram qiyamətdə məndən utanasan.
İncitmə məni, öldür, əgər layiq deyiləm qəfəsinə,
Ölərəm mən, düşərsən tordakı quşlar tənəsinə!
Yalvarıram mən dilbərə öpüş verib al canı,
Dedi Məcnun olmusan, buna zaminin hanı?
2
Dedin, mənim vüsalımı məgər yuxuda gördün?
Bəli, məgər mən yatdım ki, yuxu da görəm?