Qılsa vəslin şamımı sübhə bərabər, yox əcəb
Qılsa vəslin şamımı sübhə bərabər, yox əcəb Müəllif: Məhəmməd Füzuli |
Qılsa vəslin şamımı sübhə bərabər, yox əcəb;
Rəsmdir fəsli-bahar olmaq bərabər ruzü şəb.
Gün ki, sayən düşdüyü yerdən durar, bir vəchi var,
Gəlsə aliqədrlər fəqr əhli durmaqdır ədəb.
Olmadan meyxaneyi-eşqində məsti-cami-zövq,
Düzmədi bəzmi-fələkdə Zöhrə qanuni-tərəb.
Cənnəti-vəslindir ol məqsəd ki, iman əhlinə,
Qılsa həq ruzi cəhənnəm atəşi, oldur səbəb.
Qaliba məqsəd vüsalındır ki, dün-gün durmayıb
Çərx sərgərdan gəzər, bilməz nədir rəncü təəb.
Bəsteyi-zənciri-zülfündür nəsimi-tərməzac,
Təşneyi-cami-visalındır mühiti-xüşgləb.
Qılma feyzi-neməti-vəslin Füzulidən diriğ,
Yoxdur özgə məqsədi, səndən səni eylər tələb.