Qızıl gül, bağü bustanım, nə dersen
Qızıl gül, bağü bustanım, nə dersen Müəllif: Şah İsmayıl Xətai |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Qızıl gül, bağü bustanım, nə dersen?
Feda olsun səne canım, ne dersen?
Qerarü sebrü aramım tükendi,
Kesildi, külli fennanun, ne dersen?
Əridi iliyim, qaldı sümiyim,
Bu teni tərk eder canım, ne dersen?
Qamu derdlilerə derman bulundu,
Dəvasız derde dərmanım, nə dersen?
Qamunun küfr ile imanı vardır,
Menim küfr ile imanım, ne dersen?
Senin məqsudun oldur kim, ölüm mən,
Helal olsun sene qanım, ne dersen?
Əgər yatsam min il torpaq içinde,
Dürüstdür əhdü peymanım, ne dersen?
Xetai can ile çün seni sevdi,
Seven ölsünmi, sultanım, ne dersən?!