Qızıla dönən oğlan

Rəvayətlər. Qızıla dönən oğlan
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir dəfə ilin-ayın axır gecəsi bir qızın nişanlısı onun yanına gəlir. Elə olur bir azdan oğlan yatır. Gecənin bir vaxtı qız görür ki, at göyşədi. Təntiyir, deyəsidi ki, “kürək qızıl olsun”, deyir: “Allah, bu oğlan qızıl olsun”. Oğlan qızıl olur. Deyillər ki, bu qaldı bir də gələn Noyruza. Bir gün qıza qızıl lazım olur. Sınaq üçün oğlanın çeçələ barmağını götürür. Vaxt gəlir, genə ilin-ayın axır gecəsi olur. At göyşüyəndə qız dilək diliyir. Oğlan genə dönüp adam olur. Deyir, mən nə qədər yatmışam. Bir də deyir ki, mənim barmağım niyə belədi, yerində niyə yoxdu? Təzədən qohum-qardaş başa salır ki, belə-belə...

Mənbə

redaktə