Qız, sənin qoynun içində

Qız, sənin qoynun içində
Müəllif: Varxiyanlı Aşıq Məhəmməd
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Narınc, turunc durur qoşa,
Qız, səinin qoyiun içində.
Az qalır xəyalım çoşa,
Qız, sənin qoynun içində.

Ərisin dağların qarı,
Tökülsün çaylara sarı,
Gürcüstanın bir cüt narı,
Qız, sənin qoynun içində.

Qaşın cəllad qanım içdi,
Ömrüm zəmisini biçdi,
Bir zaman dövranım keçdi,
Qız, sənin qoynun içində.

Qəddin əlif, boyun bəstə,
Könül görcək düşür xəstə,
Dərdə dərman iki nəstə,
Qız, sənin qoynun içində.

Naz ilə getdin hamama,
Məhəmməd gəldi salama,
Bostançı bəslər şamama,
Qız, sənin qoynun içində.