Qələmə
Müəllif: Məhəmməd Hadi
Mənbə: Məhəmməd Hadi. Qələməazadliq.org saytı. Yayımlanıb: 20.03.2011.

Əla, ey bülbüli-ürfan, vәtәn bağında fәryad et,
Qon övraqi-fünunә, nәğmeyi-milliyyә inşad et.

Cәhalәtlә vәtәn bir leyli-zülmәtnak edir tәşkil,
Zәbani-nurpaşinlә rәhi-ürfanә irşad et.

Qәlәm şükrfәşani-mәrifәtdir, guşi-huş istәr,
Dilәrsәn hәzzyab olmaq şu nәshin dinlә, dәryad et:

Әgәr aqilsәn, olma hirslә dildadeyi-sәrvәt,
Rizayi-hәqqi istәrsәn, ibadullahә imdad et.

Hәmiyyәt düşkünü olma, güşad et xani-ehsanın,
Dili-әrbabi-hacatı kәrәmkaranә dilşad et.

Yapış acizlәrin dәstindәn, ey sәrmәsti-istiğna!
Demә әhli-ğinayәm, baziyi-dövrani dәryad et.

Әgәr istәrsәn adın zibi-tarixi-cahan olsun,
Dirәxti-sayәdar ol, meyvә ver, әn şanlı bir ad et.

Xәzanә üz qoyan növrәstәgani-baği-islamә--
Nәzәr sal, tәrbiyәtbәxş ol, әlindәn cәhlin azad et.

Әgәr amalın iqbali-vәtәndir, urma boş lafi,
Hәzizi-mәskәnәtdәn millәti balayә isad et.

Müavin olmaq ilә zalimә ağlatma mәzlumu,
Sәzayi-rәhmәt olmaq istәr isәn, tәrki-bidad et.

Xuda Quranda «qövmüz-zalimin»ә mәlәnәtxandır,
Dilәrsәn mәğfәrәt hәqdәn, әdalәtpәrvәr ol, dad et.

Könül sındırma, ev yıxma, әziyyәt vermә mәxluqә,
Yıxılmış xanәni mәmur, sınmış könlü abad et.

Dilәrsәn müstәfid olmaq hüquqi-adәmiyyәtdәn,
Ziyayi-elmi dәrdәst eylә, nәfsin elmә mötad et.

Әgәr mәqsudin isә kәsbi-hissiyyati-ruhani,
Bu pәndi-hissәbәxşi qәlblә tәzkar, övrad et.