Qələmim (Ağadadaş Müniri)

Qələmim
Müəllif: Ağadadaş Müniri


Qələmim seyr edib qəzali-qəzəl,
Qurmamış bir fəzadə bir sənə dam.

Munis oldu mənə əruzü-heca,
Yazdığım nəzm olarla tapdı, nizam.

Bir işıqlıq göründü tamında
Xətm olundu “Müniri” ilə kəlam.