Qəmginsən nədətı? Söylə, dildar bircə gül

Qəmginsən nədətı? Söylə, dildar bircə gül
Müəllif: Həsənəli xan Qaradaği
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005.

Qəmginsən nədətı? Söylə, dildar bircə gül,

Yetmiş bahar, bir de, danış, yar, bircə gül.

Cövrü-cəfa bu aləm ara çəkmək adətin,

Dur bir ayağə, seyr eylə gülzar, bircə gül.

Sən bidamaq olma, tut saqidən ayaq,

Al bir əlinə, mən görüm, çal tar, bircə gül.

Ya bir qədər get səhni-çəmən gəz, dolan, otur,

Mən saz edim indi səmavar, bırcə gül.

Cəngü çəğan, neyü dəf, tarü bərbütü

Cəm etmişəm, qalıb clə mizmar, bircə gül.

İsi, Sadiq, Hacı Hüsü, ol Kərim ilə,

Hazır olarlar indicə bunlar, bircə gül.

Beylə deyil ki, yox, Qaradaği, bir əhli-dil,

Çoxdur bu yerdə həddindən aşar, bircə gül.