Qəmi-hicrində bimarəm mən, ey dost
Qəmi-hicrində bimarəm mən, ey dost Müəllif: Mir Möhsün Nəvvab |
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005. |
Qəmi-hicrində bimarəm mən, ey dost!
Zəlilu acizu zarəm mən, ey dost!
Gecə-gündüz cəkıb rəncilə zəhmət,
Gözümdə uyqu yox, bidarəm, ey dost!
Cəhanın əhlinə cox-cox əzizəm,
Hüzurunda necun bəs xarəm, ey dost!
Sənin eşqində, ey şuxi-dilaram,
Fəğanu ahilə xunbarəm, ey dost!
Qalıb Mənsur tək dari-sitəmdə,
Həyatımdan belə bizarəm, ey dost!
Olubdur bülbüli-şuridə Nəvvab,
Giriftari-qəmi-didarəm, ey dost!