Qəmzə peykanın gözün mən mübtəladən saxlamaz

Qəmzə peykanın gözün mən mübtəladən saxlamaz
Müəllif: Məhəmməd Füzuli


Qəmzə peykanın gözün mən mübtəladən saxlamaz,
Sərf edər əhli-nəzər nəqdin gədadən saxlamaz.

Dil nədir yanımda çün qılmaz məni qəmdən xilas,
Çəkmən ol təviz barın kim, bəladən saxlamaz.

Canə cismim ol xədəngi-qəmzədən olmaz pənah,
Hiç cövşən kimsəni tiri-qəzadən saxlamaz.

Eşqdən bir dəm təni-suzanı dur etməz fələk,
Vəh necə fanusdur, şəmi həvadən saxlamaz.

Aləmi şeyda qılır, gər olsa gözdən həm nihan,
Bir pərivəş kim, səri-zülfün səbadən saxlamaz.

Eylərəm bixud fəqan, gördükcə kuyin itlərin,
Aşina razi-nihanın aşinadən saxlamaz.

Bisəbəb sanmın Füzulinin məlamət çəkdiyin,
Bixəbərdir, məşrəbin əhli-riyadən saxlamaz.