Qənimətdir səfa sürmək

Qənimətdir səfa sürmək
Müəllif: Məhəmməd Əmani
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Fürsət olacaq hər dəmdə
Qənimətdir səfa sürmək.
Könül əylənməsə qəmdə,
Qənimətdir səfa sürmək.

Suri-yan həmraz edib,
Müğənnilər dəmsaz edib.
Mütrüblər həmavaz edib,
Qənimətdir səfa sürmək.

Söhbət olcaq əzmi-cəzmə,
Əcnəbini qoyma bezmə.
Keyfiyyətsiz bir dəm gəzmə,
Qənimətdir səfa sürmək.

Yenə gəldi bahar fəsli,
Eyş etməkdir onun əsli.
Müyəssərin olsa vəsli,
Qənimətdir səfa sürmək.

Dürüst olicağiz yəqin,
Taparsan könül istəyin.
Seyr eylə məhəbbət bağin,
Qənimətdir səfa sürmək.

Eşq bimarının timan
Kam ilə görməkdir yan.
Asan edər hər düşvan,
Qənimətdir səfa sürmək.

Eşq oduna yanan sönməz,
Gedən günlər geri dönməz.
Ömrün quşu uşdu qonmaz,
Qənimətdir səfa sürmək.

Dünyanın yoxdu vəfası,
Zahir deyil müddəası.
Hər bəqanın var fənası,
Qənimətdir səfa sürmək.

Varlığını saygil fani,
Məhəbbət məqamın tani.
Əhli-hal ilə, Əmani,
Qənimətdir səfa sürmək.