Qərib durna, bizi səndən sorana

Qərib durna, bizi səndən sorana
Müəllif: Mustafa Cövhəri
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Qərib duma, bizi səndən sorana
Şimdi bir yavruya quldur deyərsen.
Eşqin zəncirini taxmış boynuna
Dövr içində Məcnun oldur deyərsən.

Gecə-gündüz ağlar, heç bir dəm gülmez
Unutmuş eşini, dostunu bilməz.
Sevmiş bir gözəli artıq vaz gəlmez
Aşiq olmaq müşkül haldır deyersən.

Tərk eyləmiş eşi ilə dostunu,
Abdal olmuş eynə almış postunu.
Gələn keçən çeynər oldu üstünü
Ayaqlar altmda yoldur deyərsən.

O zalım əngəllər yolumu bağlar,
Yanmın həsrəti ciyərim dağlar.
Abi-rəvan olmuş durmayıb çağlar
1 axan yaşlan seldir deyərsən.

Cövhəri der: bilməm mən nə olduğum,
Qürbət ellərində durub qaldığım,
Əcəbləməm bəyim indi solduğum,
Bülbülün məkam güldür deyərsən.