Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet
Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet Müəllif: Mir Möhsün Nəvvab |
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005. |
Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,
Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet.
Qoncə tək qan oldu bağrım gülüstani-dəhridə,
Gül kimi pəjmurdə oldum, ey xudaya, dadə yet.
Bülbüli-şeyda kimi naləm cahanı culğadı,
Gül səfasın gorməmiş oldum, ey xuda, fəryadə yet.
Badə vəslilə sərşar olmadım sağər kimi,
Əşki-xunin ilə doldum, ey xuda dadə yet.
Bir guluzlu yar vəslin görmədim Nəvvab tək,
Covri-əğyar ilə soldum, ey xuda, fəryadə yet.