Qəsdin budu gər xatiri-biçarə dağılsın

Qəsdin budu gər xatiri-biçarə dağılsın
Müəllif: Qasım bəy Zakir
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Qəsdin budu gər xatiri-biçarə dağılsın,
Bir şanə çək ol türreyi-tərrarə dağılsın.

Ver zib ruxi-alma, çıx xanədən, ey məh,
Məh daldalanıb, əncümü səyyarə dağılsın.

Tənha dili-məhzunə həqiqətdə cəfadır,
Bir parə oxundan de təni-zarə dağılsın.

Açmış bu gün ol sərvi-səhi töhfeyi-hüsnün,
Xüddamləri müjdeyi-bimarə dağılsın.

Bir ləhzə o birəhmə nihan şərhi-qəmim var,
Allahı sevərsiz, deyin əğyarə dağılsın.

Vəhmim budu, yol verməyələr ləxti-cigərdən,
Təqsim eləyim, hər itə bir parə dağılsın.

Göz mərdümi məşqi-xəti-hüsnün həvəs eylər,
Ey çeşm, bu lövhündə olan qarə dağılsın.

Birənc nə mümkündür ola gənc müyəssər,
Zakir, dəmi-əfsun oxu şəhmarə, dağılsın.