Qəzəl (Aşıq Alı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qəzəl
Müəllif: Aşıq Alı
Mənbə: Tərtib edən və redaktor: Qabil Zimistanoğlu. "Aşıq Alı. Əsərləri" (PDF) (az.). "OL" MMC. 2013. ISBN ISBN 978-9952-484-74-8. 2017-01-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-01-01.

Yeri-göyü xәlq eylәyәn, bu mövhümәvraya gәl,
Haqqı nannahaq arası düşüb dü davaya, gәl.

Aman vermir dostlar bu gün, düşmüşәm qәm bәhrinә,
Şәrәf ya bambu sәnәtdәn әzәlin dәnçayә gәl.

Eşq belә bir bәladı, cümlә ona mübtәla,
Nә Mәcnuna tәnә eylә, gülmәz Züleyxaya gәl.

Könül sevәn gözәl olur, babalardan qalan söz,
Çatmaq üçün öz yarına, imkan ver Leylaya gәl.

Bir sevgi dә bu alәmdi, hamı aşiq dünyaya,
Gündüz şәmsi ziyarәt et, gecәlәr dә ayә gәl.

Könüllә mәn әl çәkmәrәm, bu dünyadan agahdı,
Әzrail gürzü çalanda, bacarırsan hayә gәl.

Gözәl şaban şәrәfimdi, yadımdadı pәnzideh,
Nә şöhrәt var gündәdi, bel bağla mövlaya gәl.

Pak Qurandan var savadım, dini dindәn seçirәm,
İsbat üçün izah edim, neçә çәtin ayә gәl.

Hikmәtlәrdәn pürsavadam, hünәrliyәm isbata,
Hәm dәrsindәn kasadsansa, buyur tәmәnnaya gәl.

Xuda sәnin qәlbindәdi, cüda salma özündәn,
Bir anın da olmaz onsuz, sәbәb et xudaya gәl.

Alı, ümid xudadadır gen gündә sal yadına,
Hey çağırram min bir adı, sal üstümә sayә gәl.