Qəzəl (Mirzə Əbülhəsən Şəhid)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Qəzəl Müəllif: Mirzə Əbülhəsən Şəhid |
Vahәsrәta ki, tәrki-vәfa qıldı yarlәr,
Әfğan ki, keçdi hәsrәt ilә ruzigarlәr.
Dәrda ki, yarsız qәmi-hicr aldı canımı,
Qaldı könüldә mәhşәrә çox intizarlәr.
Sövdayi-zülfü xәttini başdan çıxarmazam,
Gәr başım içrә mәskәn edә mur, marlәr.
Künci-qәfәsdә bülbüli-miskin edәr fәğan,
Tutmuş mәqam sәhni-gülüstanda xarlәr.
Әfsus, gül eşitmәdi bülbül nәvalәrin,
Yetdi xәzan gülşәnә, keçdi baharlәr.
Ömrüm әziz saxla, Şәhid, olsa gәr nәsib,
Әyyami-vәsl lazım olur çox nisarlәr.