Qəzəl (Mirzə Həsən)

Qəzəl
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Əla, ey şuxi-şirinkar, bimürüvvət, xudahafiz,

Qəmi-eşqində bəsdir çəkdiyim zillət, xudahafiz.


Nigara, dövri-hüsnündə rəqibim şadnam oldu,

Mənəm ancaq olan avareyi-möhnət, xudahafiz.


Könüllər izdihamı, şanə cövrü qoymadı könlüm,

Edə zülfündə bir asayişi-rahət, xudahafiz.


Dərində pasiban tək şad bulsun xatiri, yetməz,

Bu gündən böylə naləmdən ona zəhmət, xudahafiz.


Həsən, bu mahrulərdən vəfavü mehri az istə,

Ki, cövr etmək olur məhvəşlərə adət, xudahafiz.