Qəzəl (Sabit Şəqaqi)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Qəzəl Müəllif: Sabit Şəqaqi |
Mənbə: SABİT ŞӘQAQİ |
Әnbәrin rayiheyi-türreyi-canan gәtirir,
Lütf ilә badi-sәba dәrdimә dәrman gәtirir.
Deyirәm qasidә: get nameyi-cananı gәtir,
O gedir sürәt ilә qәtlimә fәrman gәtirir.
Mәn dedim iikhәti-zülfün gәtir, ey badi-sәba,
O gedir başıma sevdayi-pәrişan gәtirir.
Zülf düşgәc yüzünә didәlәrim әşk tökәr,
Gün üzün әbr haçan bağlasa, baran gәtirir.
Baxıb ol şiveyi-rәftarә, töküb qanlı yaşım,
Mәn bilirdim ki, bu göz başıma çox qan gәtirir.
Küfri-zülfün ürәfa rәxneyi-iman dedilәr,
Bu necә küfrdü kim, hәr görәn iman gәtirir?!
Mәrdümi-didәlәrim hicr günü Nuhasa,
O qәdәr әşk tökәr, axırı tufan gәtirir.
Sabita, şükr elә, hәr izzәt üçün zillәt var,
Demәdin vәsl süruri qәmi-hicran gәtirir?!