Qəzəl (Yusif Nabi)
Qəzəllər Müəllif: Yusif Nabi |
Bu əsəri və ya bölməni vikiləşdirmək lazımdır. Lütfən, onu ümumvikimənbə qaydalarına uyğun şəkildə tərtib edin. |
Şeri çoxdur şüərayi-ərəbin--
Ki, o da mayəsi Şamü Hələbin.
Demə əbyatına namövzundur,
Anın ozanları digərgundur.
Neçə mənaları var rəqsavər,
Məşəlasa tökər əsmaə şərər.
Var içində neçə əşari-kübar,
Qoyamaz ayineyi-dildə qübar.
Neçə bin nəti-şərifi-nəbəvi,
Midhəti-möcizeyi-Müstəfəvi,
Hər biri qiteyi-əlmasi-səmin,
Hər biri dürri-girənqədri-mətin.
Hikmətamiz gərəkdir əşar -
Ki, məali ola irşadə mədar.
Abi-hikmətlə bulur nəvşü nüma
Gülşəni-şerü riyazi-inşa.
Olmasa şer məcazi-mütləq,
Versə mənayə həqiqət rövnəq,
Yoxsa hər nəzmi-təhiyyü sadə
Ola mənadən o da azadə.
Baxüsus olmaya təşbihi-tamam
İstiaratü cinasü ibham.
Demədən şeri sükut övladır,
Şerdən məqsəd olan mənadır.
Baxsan əksər süxəni-şairi-xam
Zülfü sünbül, gülü bülbül, meyü cam.
Çıxamaz daireyi-dilbərdən,
Qəddü xəddü ləbü çeşmi-tərdən.
Gəh baharə dolaşur, gəh çəmənə,
İlişür sərvü gülü yasəmənə.
Rəhi-narəftədə cövlan edəməz,
Sapa vadiləri seyran edəməz.
Edəməz seydi-məaniyyi-bülənd,
Atamaz qeyr şikarına kəmənd.
Keçinür məniyi-xabidə ilə,
Ləfzi-məşhuru cəhandidə ilə.
Qoxusuz laləyə bənzər o süxən -
Ki, ola ləfzi təhi mənadən.
Həcvdən əlhəzər, ey cani-pədər -
Ki, verər məşribi-ürfanə kədər.
Həcvdən əlhəzər, ey cani-pədər -
Aqil etməz anı, eylər əhməq.