Qəzəl (Zakir)
Qəzəl Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Yox məndə bəs ki, tabü təvan hicr dağına,
Çarə odur, yıxam özümü xüm əyağına.
Sərməst, kafirəm, çıxa meyxanədən əgər,
Zöhd əhlinin dəyə meyi-gülgün dodağına.
Yüz fərqi var badə ilən abi-kövsərin,
Su içsin, ol kəsin dəyə bu söz damağına.
Hər kim dilərsə rahəti-dünyavü axirət,
Yıxsın özünü piri-muğanın bucağına.
Pürpiç zülfü qaməti-sərv üzrə, guyiya,
Mari-siyahlərdi çıxıb gül budağına.
Kəs şəm’ başını, uzadır dil üzarına,
Zahirdə baxsa hiylə ilə ağlamağına.
Xari-müj əmdən etməsə əndişə, Zakira,
Ol sərvqəd basanda qədəm göz bulağına.