Qəzəli-Leyli
Qəzəli-Leyli Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Fələk ayırdı məni cövr ilə cananımdan,
Həzər etməzmi əcəb naləvü əfğammdan?
Oda yandırmasa gər şölə ilə nöh fələki,
Nə bitər atəşi-ahi-dili-suzanımdan?
Ğəmi-pünhan məni öldürdü, bu həm bir ğəm kim,
Gülrüxüm olmadı agah ğəmi-pünhanımdan.
Ah idi həmnəfəsim, ah ki, ol həm axır
Çıxdı ikrah qılıb külbeyi-əhzanımdan.
Mən, nə hacət ki, qılam daği-nihamm şərhin,
Aqibət zahir olur çaki-giribanımdan.
Həq bilir, yar deyil canü dilimdən ğaib,
Nola gər ğaib isə dideyi-giryanımdan.
Can əgər çıxsa tənimdən əsəri-mehri ilə,
Əsəri-mehrini sanman ki, çıxar canımdan.
Lütf edib sən məgər, ey bad, bu gündən böylə,
Verəsən bir xəbər ol sərvi-xuramanımdan.
Ey Füzuli, ğəmi-hicr ilə pərişandır hal,
Kimsə agah deyil hali-pərişanımdan.