Qəzəli-Ustad
Qəzəli-Ustad Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Can vermə ğəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri-cahandır!
Sud istəmə sevdayi-ğəmi-eşqdə hərgiz
Kim, hasili-sevdayi-ğəmi eşq ziyandır!
Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz,
Hər zülfı-siyəh qəsdinə bir əfi ilandır!
Yaxşı görünür surəti məhvəşlərin, əmma
Yaxşı nəzər etdikdə, — sərəncamı yamandır!
Eşq içrə əzab olduğun ondan bilirəm kim,
Hər kimsə ki, aşiqdir, işi ahü fəğandır!
Yad etme qara gözlülərin mərdümi-çeşmin,
Merdüm deyib aldanma kim, içdikləri qandır!
Gər dersə Füzuli ki, “gözəllərdə vəfa var”,
Aldanma ki, şair sözü, əlbəttə, yalandır.