Qəzvin cənnət qapısıdır, İdrisi o cənnətin
Qəzvin cənnət qapısıdır, İdrisi o cənnətin Müəllif: Xaqani Şirvani Tərcümə edən: M.Mübariz |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Qəzvin cənnət qapısıdır, İdrisi o cənnətin,
Şafeinin pakürəkli naibidir, bil, yəqin!
Kim səadət qapısını əgər açmaq istəsə,
Rafeini ata sansın, açar etsin hümmətin!