Qaçan kim, qamətindən ayrı seyri-busitan etdim

Qaçan kim, qamətindən ayrı seyri-busitan etdim
Müəllif: Məhəmməd Füzuli


Qaçan kim, qamətindən ayrı seyri-busitan etdim,
Qoparıb əşk-seylabilə min sərvi rəvan etdim.

Götürdüm girdibadi-ah ilə gərdunə tapşırdım,
Qübari-rəhgüzarın cövhərin gözdən nihan etdim.

Nişani-surəti-xubin verib, bütlər sücudində
Fəsadi-etiqadin kafərin xatirnişan etdim.

Olub sərməst, qıldım nəşəyi-zövqi-ləbin fikrin,
Meyə rağib olanlar küfrünü xəlqə əyan etdim.

Görüb divarlərdə Kuhkən nəqşin demin aşiq,
Mənəm aşiq ki, tutdum dəşt, tərki-xaniman etdim.

Rəhi-eşqində ol gülrux, ciyər qan etdiyim bilmiş,
Çəkər hərdəm mənə tiği-siyasət, sanki qan etdim.

Füzuli şahibazi-övci-istiğna ikən, bilmən
Nə səhv etdim ki, bu viranə deyri aşiyan etdim?