Qaşların (Aşıq Abbas Tufarqanlı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Qaşların Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Dərs almamış açdım kitab oxudum,
Möhtac deyil heç ustaya qaşların.
Təzə çıxıb kamandarın əlindən,
Bənzər üç gecəlik Aya qaşların.
Ovçu olan durar dağ damanmda
Dərdi olan durar dərdli yanında,
Nə durubsan seyrağıbın dalmda,
Veribdi ömrümü zaya qaşların.
Bir xalın bəzirgan, bir xalın xoca,
Hüsnün zəkatını ver mən möhtaca,
Mən Abbasam, eyləməzdim iltica,
Məni gətdi ilticaya qaşların.