Qabaq
Müəllif: Aşıq Əli Şairov

Rəbbim de, nə xəlq eylədi, əvvəl dünyadan qabaq?
Neçə bəşər gəldi, keçdi, Adəm Həvvadan qabaq?
Ərşi zəmin yox ikən, neçə mələk yarandı?
Neçə min il gərdiş vurdu, turi sənadan qabaq?

İmam Hüseyn qılınc əldə, vahid girdi meydana,
Biyət edən oldu mömün, Münkür boyandı qana.
Zəfəri Cinni qoşun çəkdi vermədi rüsxət ona,
Neçə min il qılınc çaldı, kufi davadan qabaq?

Bir alimə rast oldum, hey oxuyurdu kitabı,
Sərində qoşun gördüm, nə haqqı var, nə hesabı.
Öz-özünə aşığam demə, ver sözümə cavabı,
Tifil Əli agah eylə, min sənə Musadan qabaq.

Mənbə redaktə