Qabaqda (Aşıq Alı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Qabaqda Müəllif: Aşıq Alı |
Cəm oldu bu cəmdə nuri-ərənlər,
Agah idi xətti-xalı qabaqda.
Pirim aşkar etdi şah məkanını,
Kaş olaydım mən də halı qabaqda.
Yahu-yahu deyib haqqa uydular,
Yaman hu... dedilər təam qoydular.
Cümlə məxluq loxma ilə doydular,
Məcməyilər dolu qaldı qabaqda.
Müstəcəbdi sovma-səlat səbatdan,
Kəsirimiz qalmaz xümsü-zəkatdan.
Alı xof eyləməz püli-sibatdan,
Cənab Əmir şölə salı qabaqda.