Qafil yaşamaqdansa gözəl kardır ölmək

Qafil yaşamaqdansa gözəl kardır ölmək
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. II cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 7. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Qafil yaşamaqdansa gözəl kardır ölmək,
Hərçənd ki, qəflətlə dəxi ardır ölmək;
Zənciri-cəhalətdə bu alçaq yaşayışdan,
Cahil, sənə dar üzrə səzavardır ölmək!