Qafqazlısan, sev Qafqazı
Qafqazlısan, sev Qafqazı Müəllif: Əhməd Cavad |
Sev bu yalçın qayaları,
Bunlar şahin yuvası...
Sev bu ıssız ormanları,
Bunlar ərlər obası!
Olduğunu keçmiş günlər-,
Geri dönməz, bilirsən!
Lakin şimdi günahımız
Pək böyükdür, əl vurma!
Qadınlardan belə qorxaq
Kişilərdən iş sorma!
Əsrlərcə Qara dəniz
Hayqıraraq, coşaraq;
Bu ölkənin hər yerini
Bu dağlardan aşaraq;
Yığılsa da, cəhənnəmlik
Qara üzlər ağarmaz!..
Dünyada bütün ellər
Bir araya toplansa;
Ölkəyi gedərəməz,
Ey ulu haqq, bağışla!
Yox, müqəddəs göy üzünə
Səslərimiz gedəməz!
Namussuzluq çox alçaqdır,
Bizi haqq da dinləməz!
Qorxaq, alçaq bir millətə
Tanrı da yol göstərməz!
Ay qardaşlar, iş başına!
Biz də bir iş görəlim!
Yarın haqqın hüzuruna
Tutalqacla gedəlim!
Yoxsa bizim bənliyimiz,
Varlığımız bitəcək!
Tarix bizi lənət edib,
Namus bizi itəcək!