Qalıbdı (Çorlu Məhəmməd)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qalıbdı
Müəllif: Çorlu Məhəmməd
Mənbə: Qəşəm Vəliyev. "Çıldırlı Aşıq Şenlik" (PDF). Azərnəşr (az.). achiqkitab.az. 2012. İstifadə tarixi: 2017-02-14.

 
Qəza gəlib bəd dolanır zəmanə,
Gözdə yaşım, əldə camım qalıbdı.
Şura gəlib dağlar düşüb amana,
Adım, sanım ol məqamım qalıbdı.

Kafir olan türk qanını sümürüb,
Quduz it tək yaxamızı gəmirib,
El-obanı tamam yıxıb yemirib,
Ermənidə intiqamım qalıbdı.

Göz tutulub, ayaq getmir, əl əsəir,
Dərdli başım gör evinə tələsir.
Öz yuvamda həm qulam, həm əsir,
Məhəmmədəm bircə namım qalıbdı.