Qal qala
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Adəm oğlu qat ülfəti araya,
Qıyma ki, qarışa bir də qal, qala.
Ömür vəfasızdır, dünya da fani,
Aralıqda niyə qilü-qal qala.

Əzəl-axır qismətimiz ağ olar,
Arif kəsin üzü hər vaxt ağ olar.
Dostluqda pozulsaq bu lap ağ olar,
Dost ocağın dost kimi də qal, qala.

Məmmədhüseyn xoş ülfətə vardı, var,
Könül ülfətiylə hara vardı, var.
Sorsalar etibar səndə var? De: – var,
Umma heç bir zaman qilü-qal, qala!