Qala, sən qala
Qala, sən qala Müəllif: Şair Əbdüləzim |
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01. |
Niyə şərik çıxdın şeytan şərinə,
Nahaqdan qarışdın qala, sən qala.
Eşq atəşin saldın aşıq sərinə,
Səngisə, ətəklə, qala, sən qala.
Dindirirsən deyir: – yaxşı, can, ana,
Həsrətik cahanda yaxşıca nana.
Gedə yetişəsən yaxşı canana,
Əylənə yanında qalasan, qala.
Əbdüləzim keçdi qeyrət, az ardan,
Dil həsrətdi, canan gələ, a Zardan.
Hicranın qəhrindən, dərddən, azardan
Çəkdin cəsədinə qala, sən qala.