Qala, yar, qala
Qala, yar, qala Müəllif: Növrəs İman |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Nə keçdi cəsədin çətin çəngələ,
Gəl canı ataşa qala, yar, qala.
Həsrətindən dərdin yazan dal-dala,
Çəkər sənin təki qala, yar, qala.
İgid girsə cəng içində at alar,
Xədəngini cəng içində atalar.
Çəkər dərd əhlinin dərdin atalar,
Çətindi zindanda qala, yar qala.
Çarx hərləndi, qara gəldi sənə yaz,
Xatalı gərdişdən axtar sən ay az.
Novrəs İman dərdin desin sənə, yaz,
Həsrəti sinəndə qala, yar, qala.