Qaldı (Şair Aqil)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Qaldı Müəllif: Şair Aqil |
Canan cüda düşdü, getdi vətəndən,
Məskənin vəfası viranə qaldı.
Vaxtsız xəzan əsdi qönçə gülümə,
Bülbülün əlacı fəğana qaldı.
Yeni bir bağ saldım mən bəxti qara,
Bilinməz dərdimə olarmı çara?
Xoryad əli dəydi heyvaya, nara,
Dağları sinəmdə nişanə qaldı.
Mən aşiq olmuşdum bir əhli dilə,
Təbib yoxdu, gəlib dərdimi bilə.
Tərəhhüm eyləmə yazıq Aqilə,
Ağıl getdi sərdən, divanə qaldı.