Qalmışam (Xəyyat Mirzə)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Qalmışam Müəllif: Xəyyat Mirzə |
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Ay ariflər, nə bəlalı qul oldum,
Gecə-gündüz ahu-zara qalmışam.
Sahibsiz otaqda qəribə mehman,
Meyvəsiz bağçaya, bara qalmışam.
Yalan olmaz şairlərin dilində,
Şivəsində, əməlində, felində.
Leyli yarım qalıb Yəmən elində,
Məcnun təki mən avara qalmışam.
Qürbət eldə bağrı qan olan Mirzə,
Əğyarnan cananı can olan Mirzə,
Arif məclisində xan olan Mirzə –
Nə olub, keçələ, kora qalmısan?!