Qamətin tək boy atıb sərv xuraman olmaz
Qamətin tək boy atıb sərv xuraman olmaz Müəllif: Mirzə Həsən Yüzbaşov-Qarabaği |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Qamətin tək boy atıb sərv xuraman olmaz,
Arizin tək, sənəma, bir guli-xəndan olmaz.
Nə olar türreyi-zülfün kimi bir sünbuli-tər,
Nə dodağın kimi bir ləli-Bədəxşan olmaz.
Nə qaşın tək fələk uzrə olu bir tazə hilal,
Nə camalın kinıi bir mehri-dirəxşan olmaz.
Nə gözün tək olu bir turki-kəmandari-cəri,
Nə müjən tək can alan navəki-peykan olmaz.
Husni-ruxsarına cox kimsənə maildi, vəli,
Ey mələkzadə, sənə mən kimi heyran olmaz.
Gər səri-küyinə zahid deməsə xuldi-bərin,
İncimə, sevdiyim, onlarda ki iman olmaz.
Nolu göstərsən, əzizim, mənə bir ləhzə üzün,
Mehri-rüxsarına bir zərrə ki, nöqsan olmaz.
Gərci aləmdə nəzakətli gozəl coxdu, Həsən,
Leyk bu işvədə, bu qəmzədə canan olmaz.