Qarğalar
Müəllif: Əliqulu Qəmküsar
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Zağ çün şərm nedarəd, ki nəhəd pa bər gül,
Bülbülanra səzəd ər damoni xari girənd.

Yəni zəmani ki, qarğanın həyast olmadl, qondu gülütı üstünə,
biçarə bülbüllərə yaraşar ki, tikanın ətəyindən yapışsmlar.

Evin yıxılsın, Haftz, sən yeddi yüz il bundan qabaq nə bildin ki,
günlərin bir günündə Rusiya miiiətleri yığıştb Romanov stlsiləsinin
murdar üsuli-idarəsini dağıdıb yerində müvəqqəti qarğalar hökuməti
təşkil edəcəklər ve bu qarğalar on aytarla gecə-gündüz, vaxt-bivaxt
hər şəhərdə və kenddə qurultaylar qurub, hey qarhaqur salacaqlar.
Axırda da içindən bir mətləb çıxmayıb bülbülləri tıkana qonmağa
məcbur edəcəklər?

Yuvan keçsin, Hafız! Sən haradan duymuşdun ki, Rusİyanın cemi
millətləri ümumən və sənin müsəlman qardaşlann xüsusən, səba
yeli kimi gündə bir səmtə əsib gah kadet, gah müsavatçı, gah federalist,
gah menşevik... olacaqlar. Və hər bir yığıncaqlara doluşub,
Tebriz dübbəlori “Ya Əli” məscidində əlli salavat dalbadal
çevirdikleri kİmi, bunlar da hər bir qarğamn boşboğazlığuva saat
yarım müttəsil çəpik çalıb, alomi dəng eləyəcəklər və qarğaları
bir-bir şövqə və həvəsə gətirəcəkler ki, anlamaya-anlamaya banlasınlar!

Ya rob, rəva deyil ola gül xarilotı onis,
Biganəlor kimi baxa, bülbiil konardan.

Millətsən, millət! Xoşum gəlir bu qarğalarm içİndə elə qarğa
var ki, gecə-gündüz avtomobil ilə eşy-işrət edə-edə və yay fosli
ömrünü gözəl yaylaqlarda naməhremlərlo keçirdə-keçirde, hor yerdə
ki, yjğıncaq olub ve Anatolu hərbzədotorinə müavinət mesoləsi ortalığa
qoyubdur, rəhmətlik Əbdülbəmid kimi gözlərinden əbəratiqotrati-
yaş axjdıb yığmcaqda olan bitli-sirkəli müsəlman qardaşlara
boyük bir minnət qoyubdur ki, mezlumların uğrunda çalışmaqdan
neçə defələr qeşş edib özündən gedibdir. Ravi and içir və deyir ki,
mən bu qarğaların içində elə qarğa tanıyrram ki, Səfovi padşahlan
kimi məxsusən dərvişlər komitəsi təşkil edib hər şəhər və kəndə
göndəribdir ki, camaat içinde onun xüsusi məddahi olsun ve Səfəvilərin
dervİşləri “Əli darəm, çİğəm darem” deyən kimi, bunlar da
“Vəli darom, çiğem darem” desinlər. Ta bəlko indiki əsrin samirilərinin
arasıııda böyük nüfuza sahib olub her bir rəyine ve hər bır
qövlünə bu samirilərin tərəfındən “Səddoqna və amənna” deyilsin.

Evin yıxılsın, Hafız, sən bu qarğaları haradan belə tamyırdm'?
Vo sən nə bilirdin ki, bu qarğalar o qədər atılıb-düşüb qarhaqur,
qarhaqur salacaqiar ki, axırda hamısımn səsi biryolluq batacaq və
hamısı yorulub bihiss düşəcəklər və onda olacaq hərki-hərkilik
aləmİ. Danalı çalıb, torbalı oynayacaqdır.

  • “Molla Nəsrəddin", 18 dekabr 1917, N 25