Qara Yusifin Osmanlı sultanı I Məhəmmədə məktubu
Qara Yusifin Osmanlı sultanı I Məhəmmədə məktubu Müəllif: Qara Yusif |
Mənbə: Şahin Fazil Fərzəlibəyli Azərbaycan və Osmanlı İmperiyası (XV–XVI əsrlər) "Azəbaycan Dövlət Nəşriyyatı" Bakı - 1995. s.11. |
Əziz oğlum Cahanşahı Sultaniyyəni mühafizə etmək üçün yolladım, sədaqətli oğlum Əmir Şahməhəmməd bahadırı İsgəndər bahadırlarla birgə bir mənzil məsafəlik qarovuliyə göndərdim. Özüm isə 50 minə qədər süvari ilə Təbriz yaxınlığında cəm olub, Ucan yaylağına tərəf getməkdəyəm, Dilavəar oğlum Qara İsgəndər 20 min süvari ilə arxa tərəfdən pusquda dayanmışdır. Başqa məsələlər barədə qasid məlumat verər.