Qara deyilmi (Qaracaoğlan)

Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qara deyilmi (XVII əsr)
Müəllif: Qaracaoğlan
Mənbə: Seçmə aşıq şeirləri. 3 cilddə. I cild (az). DGTYB (2011). Orijinal mənbədən 2016-04-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.

Mənə qara deyən dilbər,
Gözlərin qara deyilmi?
Üzünü sevdirən gəlin,
Qaşların qara deyilmi?
 
Utanırım axar tərim,
Gözəllikdə yox bənzərin;
Ən sevgili məqbul yerin –
Saçların qara deyilmi?
 
Göllərə qonan kuğunun,
Qanadı bəyaz çoğunun.
Çöldəki ərəb bəyinin,
Çadırı qara deyilmi?
 
Qaracoğlan der maşallah,
Bir gün görürüm inşallah,
Qara donludur Beytullah,
Örtüsü qara deyilmi?