Qara gözlü, qara oldu günüm zülfün kimi qarə
Qara gözlü, qara oldu günüm zülfün kimi qarə Müəllif: Abdulla bəy Asi |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Qara gözlü, qara oldu günüm zülfün kimi qarə,
Pərişan halım ondandı, bulunmaz dərdimə carə.
Alıb zülfi-musəlsəl dövri-mahi-arizin yeksər,
Hərəm rahın və ya məsdud edib ərab zəvvarə.
Əcəb olmaz əgər lal olsa tuti qoncə tək qəmdən,
Acan dəm ləli-şəkkərbarını hər ləhzə guftarə.
Könül lafi-ənəlhəq eşqi-ruyində urar daim,
Nola Mənsur tək cəksə qara zulfun anı darə.
Könül mayildi nuş etsin ləbi-ləlin şərabından.
Sədai-hicr rəf olsun ki, düşmüş rənci-xummarə.
Töküb zəbri-həlahil kami-canə əfiyi-zülfün,
Nola tiryaki-ləlin eyləyə bu dərdə bir carə.
Yetib həddi-nisabə hüsni-ruyin, mustəhəqqindir,
Zəkati-hüsnünü, ey şux, lutf et Asiyi-zarə.