Qara hey
Qara hey Müəllif: Qul Qaranı — Xasta Hasan |
Mənbə: Əli Şamil. "Ozan dünyası. №2(30)" (PDF). Bakı (az.). "Elm və təhsil". 2018. İstifadə tarixi: 2018-12-26. |
Qul Qaranı:
Əlif-bey içində, hərf arasında,
Bir xət gördüm, çəkilibdi qara hey!
Əziziyəm, qara hey!
Qış gəldi bax, qara hey.
Qaradan boyax olmaz,
Boyanıbdı qara, hey!
Namərd seyraqubun bafası olmaz,
Dolanar dünyanı üzü qara hey!
Xəstə Hasan:
Aləm bilir bu dünya da beş gündü,
Mən bilirəm beşini də qara hey!
Əziziyəm qara, hey!
Oxu dərsin qara, hey!
Əzəlindən kim çalıb,
Ağ üstündən qara hey?!
Sağlıq xəbərimi yara versələr,
Dost sevinər, düşmən geyər qara hey!
Qul Qaranı:
Üstümüzdə kərəm kanı bir dura,
Dəvət eylə, dostun minsin bir dura.
Əziziyəm, bir dura.
Bir yeriyə, bir dura.
Sərraf odur, dür seçə,
Qiymət vura bir dura.
Əliyyən Mürtəza mindi bir dura,
Qabağında sarvanıydı Qara hey!
Xəstə Hasan:
Xəstə düşdüm, döşək üstə dər saldım,
Cəfa çəkdim, dünya üçün dər saldım.
Əziziyəm, dərs aldım,
Eşiyinə dər saldım.
Eşitdim seyraqub gəlir,
Onun üçün dər saldım.
Əqli kamil ustadımdan dərs aldım,
Oxumuşam əlif, əbcət, qara hey!
Qul Qaranı:
Haqq əmr etdi inli-cinni yaransın,
Əyyub sağlığında gördü yarasın.
Əziziyəm, yarı sin.
Yarı mimdi, yarı sin.
Cismimi ataş aldı,
Qırağında yar, isin.
Qaranı der: Şavatçıyam, ya Rəsul.
Cünahkarlar gələr üzü qara hey!
Xəstə Hasan:
Bizlərdə qaydadı, yara deməzlər,
Yarın sirrin əğyara deməzlər.
Əzizyəm, yara deməzlər,
Yarı yara deməzlər.
Axır həsrət ölərəm,
Dərdi yara deməzlər.
Xəstənin dərdini yara deməzlər,
Görər məzarımı, geyər qara hey!
(Aşıq İslam Ərdənər variantı)