Qaradağlılar/Bürhanəddin xəlifə

Bayandur sultan Qaradağlılar. Bürhanəddin xəlifə
Müəllif: Ənvər Çingizoğlu
Dizmar mahalı


Bürhanəddin xəlifə Ilyas xəlifənin oğludur. Dizmar mahalının Düzal kəndində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili görmüşdü. Bürhanəddin xəlifə atası yaralanarkən bayırda biş-düş edənlərə nəzarət edirdi. Atasının ağır yaralandığını eşidib qohum-qəbiləsi, mülazimləri ilə çadıra qaçdı. Atasını qan içində görüb qəzəbləndi. Qılıncını çəkib qonaqları doğradı… Bürhanəddin xəlifə hicri-qəməri 1019-cu ildə (1610/1611) 1 Şah Abbas Səfəvinin fərmanı ilə Dizmar və Üzümdil mahallarının xəlifəsi təyin olundu. Dədə-baba mülklərini tiyul və soyurqal kimi əlində cəmlədi. Tarixçi Iskəndər bəy Türkman Münşi Bürhanəddin xəlifəni Qaradağ hakimi kimi göstərir. (Iskəndər bəy Münşi, Tarixi-aləm-arayi-Abbasi, 2-ci cild, Tehran, 1320 (hicri), səh.580.) Bürhanəddin xəlifənin Şəmsəddin xəlifə adlı oğlu vardı.