Qaradağlılar/Köşkoğlu oymağı

İsmayıl xan Qaradağlılar. Köşkoğlu oymağı
Müəllif: Ənvər Çingizoğlu
Kəngərli oymağı


Ustaclı elinin oymaqlarından biri də Köşkoğludur. Əsasən Güney Azərbaycanda məskunlaşmışdı. Təyinat səbəbi ilə Xorasan civarına köç etmişdilər. Bir qrupu Şirvanda və Naxçıvanda yaşayırdı. Köşkoğlu oymağının ünlü nümayəndələrindən biri Ümmət bəydir. Ümmət bəy Mürşüdqulu xan Ustaclını öldürməklə ucaldı. Öncə sultan, sonra xan ünvanı ilə Məşhəd hakimi təyin edildi. Köşkoğlu oymağının məşhur simalarından biri də Şahnəzər bəydir. Şahnəzər bəy Şah Sultan Xudabəndədən sultan ünvanı almışdı. I Şah Abbasın şahlığının ilk illərində savaşlarda iştirak etmişdi. Köşkoğlu oymağının Qarasarlı adlı tayfası vardı.