Qaradağlılar/Kərəmpa oymağı

Kəngərli oymağı Qaradağlılar. Kərəmpa oymağı
Müəllif: Ənvər Çingizoğlu
Mahmud sultan


Ustaclı elinə qatılan oymaqlardan biri də Kərəmpadır. Kərəmpa oymağı sonra Kəngərli oymağı ilə birləşərək el yaratdı. XVIII yüzildə Dərəlyəz qəzasında Kərəmpa adlı kənd vardı. Kərəmpa oymağının ünlü nümayəndələrindən biri Çıraq bəydir. Çıraq bəy sultan ünvanı ilə Şah Abbasa xidmət etmişdi. Şabran və Dərbəndin hakimi olmuşdu. Kərəmpa oymağının səsli oğullarından biri də Əhməd bəydir. Əhməd bəy Şah Məhəmməd Xudabəndənin və Şah Abbasın ağalıq dönəmində orduda xidmət etmişdi. Kərəmpa oymağının üzdə olan adamlarından biri də Əhməd ağadır. Əhməd ağa Şah Ismayıl Səfəvinin ağalıq dönəmində oymaq başçısı idi. Əhməd ağanın Əli bəy adlı oğlu vardı. Əli bəy Şah Təhmasibin hakimiyyəti dönəmində orduda xidmət edirdi.