Qardaş (Aşıq Nəcəf)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qardaş
Müəllif: Aşıq Nəcəf Daşkəndli

Ağız vermə, qurumsağa, sarsağa,
Aldığı nəfəs də yalandı, qardaş.
Həyasız qadınlar naməhrəm olar,
Keçmə ətrafına ilandı, qardaş.

Yaltağın ürəyi dumandı, sisdi,
Paxılın ürəyi qurumdu, hisdi.
Aşığın dıydığı lotudan pisdi,
Mollanın dıydığı şeytandı, qardaş.

Eliynən ağlayıb əgər gülürsə,
Haqqın ayağına əgər gəlirsə.
Yaxşını yamandan seçə bilirsə,
Deməli Nəcəf tək insandı, qardaş.

Mənbə

redaktə