Qarsa gedəlim
Müəllif: Aşıq Nəsib
Mənbə:

 
Dərd əlindən şan- şan oldu ürəyim,
Yeri könül, yeri Qarsa gedəlim.
Ağbabadan üz çevirib o yana,
Bu yaxına- bəri, Qarsa gedəlim.
 
Ağbabada haqq itibdi, dumandı,
Məni boğur bu ayrılıq, amandı.
Şura gəlib burda betər zamandı,
Türkün doğma yeri Qarsa gedəlim.
 
Gün keçirib barı rahat ölməyə,
Imkan olsun göz yaşımı silməyə.
Elə et ki, Nəsib kimsə bilməyə,
Götür səri, yürü Qarsa gedəlim.