Qayıt
Qayıt Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Məni xəstə salan gözəl,
Hərdən üz tut bizə qayıt.
Loğmanımsan, ay nazənin,
Yenə süzə-süzə, qayıt.
Səni gördüm, mail oldum,
Dil vermədin, zail oldum.
Hər nə desən qail oldum,
Mənlə şirin sözə qayıt.
Məmmədhüseynə dünya dardı,
Sənsiz yazı çovğun qardı.
Hər yan gülür, xoş bahardı,
Bağı gəzə-gəzə qayıt.