Qeyrə eylər bisəbəb min iltifat ol nuşləb

Qeyrə eylər bisəbəb min iltifat ol nuşləb
Müəllif: Məhəmməd Füzuli


Qeyrə eylər bisəbəb min iltifat ol nuşləb,
İltifat etməz mənə mütləq, nədir bilmən səbəb?

Cövr olur adət qəzəb vəqti, nə adətdir bu kim,
Cövrün az eylər mənə ol tündxu qılğac qəzəb.

Nola qəmzən fikri düşdisə dili-suzanimə,
Zalimin gər olsa atəş mənzili olmaz əcəb.

Dəmbədəm gər düşsə gözdən, dürri-əşkim, vəchi var,
Yaş uşaqlardır yetim, onlarda yox rəsmi-ədəb.

Cövrü könlümdür çəkən, gözdür görən rüxsarını,
Allah-allah, kam alan kimdir, çəkən kimdir tələb.

Yar bidad eyləməz üşşaq fəryad etmədən,
Hər necə ruzi mükəddər olsa vacibdir tələb.

Mütrib, ağlatma sürudinlə Füzuli xəstəni,
Seyli-əşkindən saqın qopmaya bünyadi-tərəb.